EN

Vətən Müharibəsi ilə əlaqədar filmlərən ayrılan VƏSAİT

Vətən Müharibəsi ilə əlaqədar filmlərin çəkilişinə ötən il 10 milyon manat ayrılsa da, müsabiqə nəticəsində cəmi 4.4 milyon manat 40 filmin çəkilişinə xərclənib. 

 

Modern.az xəbər verir ki, bunu Mədəniyyət nazirinin müavini Fərid Cəfərov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

 

Nazir müavini qeyd edib ki, həmin filmlərin çəkilişi ilin sonuna qədər davam edəcək: 


“Xarici ölkələrlə birlikdə filmlərin çəkilişinə gəlincə, TÜRKSOY-un xətti ilə Türk dünyasının ortaq filminin çəkilməsinə başlanıb. Bu “Molla Nəsirəddin” filmidir və kommersiya əsaslı olacaq. 2023-cü ildə dövlət tərəfindən kommersiya əsaslı filmlərə də dəstək göstərilməsi qərara alınıb. Bu sahədə inkişafa səbəb olacağını düşünürük”.

Chosen
11
6
modern.az

7Sources