EN

“Putin atəşkəslə bağlı bu şəxslə danışıqlara açıqdır, bir şərtlə ki..." - “Reuters” AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs üçün ABŞ-nin yeni prezidenti Donald Trampla görüşə açıq olduğunu bildirib. Ukrayna tərəfindən uzaq mənzilli raketlərlə Rusiyaya son hücumla əlaqədar gərginlik artsa da, Putindən atəşkəs danışıqları üçün müsbət siqnallar gəlib.

 

Sfera.az “Reuters”in məlumatına istinadən xəbər verir ki, Putin atəşkəs üçün razılaşmaya açıq olsa da, işğal edilən ərazilərin önəmli hissəsini qaytarmaq fikrindən uzaqdır.

 

Xatırladaq ki, dünən Ukrayna ATACMS sistemi ilə Rusiyaya hücum edərkən, Rusiya da nüvə doktrinası dəyişikliyi qəbul edib. Putin Rusiya ordusuna kütləvi və dağıdıcı hücumlara cavab olaraq nüvə silahından istifadəyə icazə verən fərman imzalayıb.

 

Sənədə görə, Rusiya nüvə dövləti tərəfindən dəstəklənən qeyri-nüvə dövlətinin özünə və ya müttəfiqlərinə qarşı hücumunu birgə hücum kimi qiymətləndirəcək. Bu, Putinin sentyabrda doktrinanı bu şəkildə yenidən nəzərdən keçirəcəyini vəd etməsindən sonra baş verir. ABŞ isə bu vəziyyətin onlar üçün sürpriz olmadığını və cavab olaraq heç bir tədbir görməyəcəklərini bildirib.

 

Vasif

Sfera.az

Chosen
10
46
sfera.az

10Sources