EN

Norveç şahzadəsinin oğlu həbs edildi

Norveç şahzadəsinin oğlu zorlama işi üzrə həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Söhbət vəliəhd şahzadə Mette Maritin böyük oğlundan gedir. 27 yaşlı Marius Borq Heybi noyabrın 18-i axşam saatlarında Osloda saxlanılıb. Gənc hazırda həbsdədir.

Heybi əvvəlcə zorakılıq, hədələmə və əmlaka ziyan vurmada ittiham olunub. Daha sonra ona məişət zorakılığı ittihamı irəli sürülüb. İndi ittiham zorlamaya qədər genişləndirilib. Norveçin NRK nəşri yazır ki, onu 10 il həbs gözləyir.

İlkin ehtimala görə, şahzadə huşunu itirmiş 20 yaşlı qızla cinsi əlaqədə olub.

Ağarza Elçinoğlu 

Chosen
18
1
unikal.az

2Sources