EN

Gürcüstan yeni inqilabın astanasındadır? - Tbilisidən REAKSİYA

Gürcüstanda parlament seçkisi başa çatsa da, nəticələri ilə bağlı mübahisələr davam edir. Müxəlifət partiyaları seçkilərin nəticələrinin təsdiqlənməsindən sonra Tbilisinin müxtəlif yerlərində aksiyalar keçirir.

 

Seçkilərin rəsmi nəticəsinə görə, hakim “Gürcü arzusu” Partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıb. Dörd müxalifət partiyası da parlamentə daxil olub, lakin onlar seçkinin nəticələrini tanımır və parlamentdə yer almaqdan imtina edirlər. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, 11-ci çağırış parlamentin ilk iclası 25 noyabrda keçiriləcək.

 

Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı səsvermənin gizliliyinin və ümumi seçki hüququnun pozulması iddiası ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. 30 müxalifətçi deputa da parlament seçkilərinin konstitusiyaya zidd elan edilməsi tələbilə Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

 

Avropa İttifaqı və Entoni Blinkenin timsalında ABŞ administrasiyası seçkinin nəticələrinə şübhə ilə yanaşıb və Gürcüstanın indiki hakimiyyətini saxtakarlıqlara görə kəskin şəkildə tənqid edib. Yerli ekspertlərin fikrincə, Gürcüstandakı seçki prosesinin beynəlxalq müşahidəçilər tərəfindən mənfi qiymətləndirilməsi müxalifətin etiraz aksiyalarına başlamasına təkan verib. Onu da qeyd edək ki, seçkinin nəticələrinə kəskin etirazların fonunda Gürcüstanın milli valyutası olan lari dollar qarşısında ucuzlaşmağa başlayıb.

Bir çox ekspertlər Gürcüstanın yeni inqilabın astanasında olduğunu düşünür. Gürcüstan hakimiyyətinin bu mübarizədən qalib çıxacağını deyənlər də az deyil.

 

Gürcü ekspert David Çxelidze Modern.az-a bildirib ki, Gürcüstanda seçkilər azad və ədalətli şəraitdə keçirilib:

 

"Bunu beynəlxalq müşahidə missiyalarının (ATƏT/DTİHB) nümayəndələrinin bəyanatları da təsdiqləyir. Təəssüf ki, müxalifət seçkinin nəticələrini tanımır və seçki saxtakarlığı iddialarına müraciət edir ki, bu da yalandır. Seçkilər saxtalaşdırılmayıb. Təxminən bir həftədən sonra yeni seçilmiş parlament toplanacaq, hökumətin tərkibi təsdiqlənəcək və həyat həmişəki kimi davam edəcək. Müxalifətin etirazları Gürcüstanın gələcək inkişafına təsir etməyəcək. Bir neçə həftə ərzində müxalifət parlamentə daxil olacaq və proseslər inkişaf etmiş ölkələrdə olduğu kimi küçədən qanunverici orqana keçəcə".

 

O qeyd edib ki, Gürcüstanda inqilab ssenarisi üçün praktiki imkan yoxdur, çünki müxalifətin ictimai dəstəyi və seçki saxtakarlığına dair konkret sübutları yoxdur: "Ona görə də bu addımlar mənasızdır, tezliklə Gürcüstan əvvəlki qaydasıına qayıdacaq".

Chosen
37
32
modern.az

10Sources