EN

COP29-un iştirakçısı: İnkişaf etmiş ölkələr zəif və ya inkişaf etməkdə olan ölkələrə kömək etməlidirlər

Yazını böyüt
Yazını kiçilt

Mən əslən hindistanlıyam, amma Fransada yaşayıram. IEEE-nin (Institute of Electrical and Electronics Engineers) gənc mütəxəssislərini təmsil edirəm. Biz 160-dan çox ölkədə fəaliyyət gostəririk və 250 mindən çox gənci təmsil edirik. Müxtəlif texnoloji sektorlarda, elektrik, elektronika, bir sözlə bütün texnoloji sahədə işləyirik.

Hafta.az xəbər verir ki, bu barədə azertac-a açıqlamasında COP29-un iştirakçısı Sneha Satish Hegde deyib.

O qeyd edib ki, gənclərlə əməkdaşlıq etmək, onları iqlimə cəlb etmək çox vacibdir. İqlim problemləri üçün mütləq maliyyə lazımdır.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrə və ya inkişaf etməkdə olan ölkələrə kömək etməlidirlər. İnkişaf etmiş ölkələr üçün bu mübarizə bəlkə də 20-50 il davam edir, hazırda inkişaf etməkdə olan ölkələr isə yeni başlayıblar. Onlar başlanğıc mərhələsindədirlər.

“Bu, mənim iştirak etdiyim ilk COP tədbiridir. Dubayda təşkil olunan COP28 haqqında da məlumatlıyam. Düşünürəm ki, bu miqyasda tədbir keçirmək çox çətindir. Mən gənclərin burada könüllü olaraq çalışdığını görürəm. Hər şey çox yaxşı təşkil olunub. Azərbaycan COP29-un uğurlu keçməsi üçün kifayət qədər səy göstərir. Hər kəs burada belə gözəl tədbirin təşkili üçün böyük iş görüb", - deyə Sneha Satish Hegde əlavə edib.

Chosen
20
hafta.az

1Sources