"Barselona" "Liverpul"un hücumçusu Məhəmməd Salahı heyətinə qatmaqdan imtina edib.
QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Kataloniya təmsilçisi daha əvvəl 32 yaşlı hücumçunu 2025-ci ilin yayında azad agent kimi transfer etmək istəyirdi. Lakin klub fikrini dəyişib.
"Barselona"nın rəhbərliyi Salahın alınmasının start heyətdə stabil oyunçuya çevrilmiş gənc Lamin Yamalın inkişafına mane olacağını düşünür. La Liqa klubunun rəhbərliyi həmçinin braziliyalı cinah oyunçusu Rafinyanın çıxışından da məmnundur.
Qeyd edək ki, bu mövsüm Salah bütün yarışlarda 17 matça çıxıb, 10 qol vurub, 10 qolun ötürməsini verib. Misirli futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının yaydığı məlumata görə, Salahın transfer dəyəri 55 milyon avrodur.