EN

Bakıda arvadının canına qıyan vəzifəli şəxsə cəmisi 1 il həbs cəzası verildi

Bu ilin aprel ayında Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayonda, Cavadxan küçəsində həyat yoldaşını 19 bıçaq zərbəsi ilə qətlə yetirən 1979-cu il təvəllüdlü R. Qəhrəmanova (soyadlar şərtidir) hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 45 yaşlı şəxsə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cinayəti affekt vəziyyətində, ağır ruhi həyəcan halında törətməsinə dair rəy verilib.

Araşdırmalar zamanı məlum olub ki, R. Qəhramanov Azərbaycanda fəaliyyət göstərən ən böyük mebel şirkətlərindən birində yüksək vəzifədə çalışırmış. İstintaq zamanı onun həyat yoldaşı A. Qəhrəmanovanın yaşadığı binada üzbəüz qonşu olan digər kişi ilə gizli sevgi yaşaması, aralarında çoxsaylı görüşlərin olması, qadının hər gün öz evində yemək bişirərək ona göndərməsi, həmin şəxsin istəyi ilə bədəninin müxtəlif yerlərinə pirsinq etdirməsi məlum olub.

Arvadının xəyanətindən şübhələnən vəzifəli şəxs bir neçə dəfə onunla mübahisə edib, lakin sevdiyi üçün bağışlayıb. Lakin daha sonra arvadının telefonuna baxarkən xəyanətə tam əmin olub, çoxsaylı sevgi mesajları aşkar edib.

Qətlə yetirilən A. Qəhrəmanovanın valideynləri R. Qəhrəmanovdan şikayətçi olmadıqlarını, qızlarının qətlinə görə onu günahkar görmədiklərini bildiriblər.

Qeyd edək ki, məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb.

Chosen
4
8
turkustan.az

9Sources