EN

Bu ölkədə dilənçilər 50-60 il əvvəl inkişaf ediblər - QR kodla pul qazanırlar - VİDEO

Məlumdur ki, dünyanın əksər ölkələrində  mobil ödənişlər məşhurdur. Apple Pay və Android Pay kimi texnologiyalar mobil cihazlarla rəqəmsal ödənişləri daha asanlaşdırıb. Hətta Çində dilənçilər bu üsuldan istifadə edərək pul qazanırlar. 

Avtosfer.az-ın məlumatına görə, bu barədə  Çində yaşayan həmyerlimiz sosial şəbəkə hesabında paylaşım edib. Görüntüdən də aydın olduğu kimi, dilənçilər qarşılarına qoyulmuş QR kodlar ilə rəqəmsal ianələri qəbul edirlər. Həmyerlimiz, adətən pulu bu cür toplayan dilənçilərin nağd şəkildə ödənişi xüsusi sevinclə qarşıladıqlarını bildirib: “Çində bütün sahələrdə ödəniş demək olar ki, QR kodla edilir. Ümumiyyətlə Çinin bir sıra əyalətlərində  dilənçilər, bomjlar yaxalarında QR kodla küçədə otururlar. Pul vermək istəyən vətəndaşlar telefonu QR koda yaxınlaşdırıb skan edərək “WeChat” yaxud “Alipay” vasitəsilə elektron formada pul köçürürlər. Bir sözlə, Çində yaşayan bomjlar, dilənçilər belə 50-60 il əvvəl inkişaf ediblər”. 

Qeyd edək ki, xarici mediada irəli sürülən iddialara görə, şirkətlər yoxsul insanlara dilənmələri üçün ödəniş edir. Bununla da onların mobil ödəniş vasitəsilə topladıqları bütün pullardan komissiya alına bilir.

Nərmin

Chosen
25
avtosfer.az

1Sources