EN

Yaponiya Rusiyaya avtomobil ixracını 45 faizdən çox artırıb

Bu ilin oktyabr ayında Yaponiyadan Rusiyaya minik avtomobillərinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45,8 faiz artıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlara görə, avtomobillərdən əlavə, Rusiyaya ehtiyat hissələrinin ixracında da artım qeydə alınıb. Ötən ay tədarükdə 27 faiz artım olub.

Bir həftə əvvəl Yaponiya Rusiyaya ixracla bağlı məhdudiyyətləri yumşaldaraq, yüngül hibrid mühərrikli avtomobillərin ixracına icazə verib. Yəni, indi Yaponiya hərraclarında “Honda”, “Suzuki”, “Mazda”, “Mitsubishi”, “Nissan”, eləcə də “Mercedes-Benz” və “Audi” avtomobillərinin bir qismini almaq mümkündür.

Eyni zamanda, Yaponiya hakimiyyətinin Moskvaya qarşı sanksiyaları ləğv etmədiyi, sadəcə bəzi məqamları dəqiqləşdirdiyi bildirilir.

Chosen
11
2
yeniazerbaycan.com

3Sources