EN

Anar Məmmədlinin həbsi ilə bağlı növbəti qərar

Məhkəmə Anar Məmmədlini həbs müddətini uzadıb.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsdə saxlanılması müddətinin uzadılması ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən verilən təqdimat və vəsatətə Xətai Məhkəməsində baxılıb.

Təqdimat və vəsatət təmin edilərək, onun həbsdə saxlanma müddəti daha üç ay müddətinə uzadılıb.

Müdafiə tərəfinin ev dustaqılığı seçilməsi ilə bağlı vəsatəti təmin edilməyib.

Qeyd eək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli aprelin 29-da saxlanılıb. Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Chosen
17
axar.az

1Sources