EN

Azərbaycan COP29-da yenilənmiş iqlim məqsədlərini təqdim edir

Bakı. Trend:

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə və milli məqsədlərənail olmaq üçün səylərə tam sadiqdir.

Trend xəbər verir ki, bunuAzərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini UmayraTağıyeva COP29 çərçivəsində milli bəyanatla çıxışı zamanıbildirib.

U.Tağıyeva Azərbaycanın iqlim məqsədləri haqqında məlumat verib.Bu məqsədlər 2050-ci ilə qədər istixana qazı emissiyalarının1990-cı ilin səviyyəsi ilə müqayisədə 40 faiz azaldılmasını ehtivaedir.

"Ölkə 2030-cu ilə qədər elektrik enerjisinin istehsalı üzrəümumi gücündə bərpa olunan enerji mənbələrinin payını 30 faizəçatdırmağı hədəfləyir ki, bu da qlobal istiləşmənin 1,5°C iləməhdudlaşdırılması istiqamətindəki qlobal səylərə uyğundur", – deyəo qeyd edib.

Azərbaycan enerji sektorunda Qarabağ, Şərqi Zəngəzur vəNaxçıvanda yaşıl enerji zonaları yaradaraq mühüm addımlar atıb. Buzonalar enerji sektorunda emissiyaların azaldılmasına töhfəverəcək.

"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaradılan yaşıl enerjizonaları xüsusilə enerji sektorunda emissiyaların azaldılmasınakömək edəcək", – deyə U.Tağıyeva bildirib.

Nazir müavini həmçinin yenilənmiş milli töhfələr (NDC 3.0)haqqında məlumat verib. Bu sənəddə əsas sahələrdə emissiyalarınazaldılması üzrə detallı strategiyalar yer alacaq.

"Biz yenilənmiş NDC 3.0 çərçivəsində hədəflərimizi nəzərdənkeçiririk. Yeni sənəd əsas sahələrdə emissiyaların azaldılması üzrəstrategiyalar ehtiva edəcək ki, bu da gələcəkdə karbonneytrallığına nail olmaq üçün öhdəliklərimizi gücləndirəcək", –deyə o bildirib.

Azərbaycanın iqlim məqsədləri ölkənin sosial-iqtisadi inkişafstrategiyasına inteqrasiya edilib.

"Təmiz ətraf mühit və yaşıl inkişaf 2030-cu ilə qədərAzərbaycanın milli sosial-iqtisadi inkişaf prioritetlərindənbiridir", – deyə U.Tağıyeva vurğulayıb.

O, əlavə edib ki, 2022-2026-cı illər üçün sosial-iqtisadiinkişaf strategiyası istixana qazı emissiyalarının azaldılmasınıhədəfləyir.

Şəffaflıq Azərbaycanın iqlim strategiyasının əsas prinsipiolaraq qalır. Ölkə Ikiillik Şəffaflıq Hesabatını (BTR) hazırlayaraqəldə edilmiş irəliləyişlər barədə dəqiq və etibarlı məlumat təqdimedib.

"Şəffaflıq bizim iqlim sahəsindəki fəaliyyət strategiyamızınəsas tərkib hissəsidir. Bu hesabat Azərbaycanın beynəlxalq iqlimrazılaşmalarına bağlılığını təsdiqləyir və hesabatlılıq və inamınartırılmasına töhfə verir ", – deyə U.Tağıyeva bildirib.

O, Azərbaycanın iqlim dəyişikliyinin təsirlərinə qarşıhəssaslığını vurğulayaraq adaptasiya tədbirlərinin əhəmiyyətinədiqqət çəkib. Ölkədə kənd təsərrüfatı, su və sahil zonalarınınidarə edilməsi, həmçinin təbii fəlakət risklərinin azaldılması üzrəstrategiyaları əhatə edən Milli Adaptasiya Planı hazırlanıb.

"Bizim Milli Adaptasiya Planımız əsas problemlərin, o cümlədənkənd təsərrüfatı, su resursları və sahil zonalarında həlli və təbiifəlakət risklərinin azaldılması üçün kompleks strategiyaları ehtivaedir", – deyə o qeyd edib.

"Azərbaycan əhəmiyyətli irəliləyişlər əldə etsə də, başa düşürükki, bu, qlobal problem olaraq qlobal həll yolları tələb edir", –deyə Tağıyeva bildirib və iqlim dəyişikliyi ilə mübarizə səylərinisürətləndirmək üçün adekvat maliyyə dəstəyi və texnologiyatransferinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
20
1
az.trend.az

2Sources