EN

Keniyada yanğın olub - 6 nəfər ölüb, 10 nəfər yaralanıb

Keniyanın paytaxtı Nayrobinin Kitui kəndində baş verən yanğında 6 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, ötən gecə Kitui kəndində baş verən yanğında 50-dən çox evə ziyan dəyib.

Polis rəsmiləri 6 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib. Qeyd olunub ki, yanğının hələlik səbəbi məlum deyil. Axtarış-bərpa işlərinin davam etdiyi, yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilib.

Chosen
11
sia.az

1Sources