EN

Sədr Anar Quliyev MAP təşəbbüsünün önəmi haqda danışıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"COP29 çərçivəsində keçirilən Şəhərsalma Günündə imzalanan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) Bəyannaməsi ilk dəfə olaraq sağlam şəhərlər mövzusunu iqlim gündəliyinə gətirir, kompleks və çoxtərəfli şəhərsalma yanaşmasını vurğulayır və urbanizasiya ilə iqlim prosesləri arasında sinerji yaradır".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün COP29 çərçivəsində keçirilən Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Üçüncü Nazirlər Toplantısının açılışında çıxışı zamanı deyib.
MAP təşəbbüsünün mahiyyətindən bəhs edən komitə sədri sənədin təbiətəsaslı şəhərsalma modellərinin təşviqi, şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi, təbii resurslardan səmərəli istifadə üçün innovativ texnologiyaların tətbiqi, insanyönümlü, dayanıqlı və emissiyaların azaldılmasına yönəlmiş nəqliyyat sistemlərinin inkişaf etdirilməsi, habelə BMT qurumları, hökumətlərarası təşkilatlar, çoxtərəfli inkişaf bankları, xeyriyyə təşkilatları və digər tərəfdaşlar arasında resursların səfərbərliyinin gücləndirilməsi baxımından önəmini vurğulayıb.
"MAP, həmçinin dünya şəhər forumları, COP-lar və digər qlobal platformalar arasında əməkdaşlığı dərinləşdirməyə çağırır", - deyə Anar Quliyev əlavə edib.
Məhərrəm Əliyev
Chosen
25
oxu.az

1Sources