EN

Rövşən Nəcəf niyə yoxsan, harada gizlənmisən yenə?

Bu da bitdi.
Millətlər Liqasının C Liqası ilə dünən İsveçdə vidalaşdıq. Qrupda 5 məğlubiyyət alaraq, D Liqasına yuvarlandıq.
Fernandu Santuş bu dəfə «düz yoldayıq» ifadəsini ağzına almadı, burada işlədiyi üçün qururlandığını söylədi.
Ondan günah yox, qətiyyən yox! Santuş özbaşına gəlməyib bura. Onu gətirən, razı salan, səlahiyyət, qol-qanad verən(lar) var.
Həmin adamlar poz-poza sevənlərdir. Rövşən Nəcəf və adamlarıdır o kəslər. AFFA prezidenti və İcraiyyə Komitəsində yer alanlardır o kəslər.
Qurban Qurbanov çox ağıllı və uzaqgörəndir. Milli seçimlərinə qatılmadı, Santuş və digər namizədlərlə bağlı müzakirələrə baş qoşmadı. Çəkildi durdu bir kənardav və dedi: mən qarışmıram, siz kimi istəyirsiz, gətirin qoyun ora.
Qoydular.
O qoymaq, bu qoymaq, dünən də isveçlioər Santuşun komandasına… 0:6.
Bu, hələ harasıdır. Tamaşa bitməyib. Ardı var. Gələcək.
Gün gələcək, 0:6-lara şükür edəcəyik. «Kaş yenə bu hesabla uduzardıq» deyəcəyik.
Futbolumuzu bundan betərf faciələr gözləyir. Bu gün Santuşla, sabah bir başqa Mantuşla.
Bu Santuş-Mantuşlara yüklənməyin, xahiş edirəm. Problemə baxın - AFFA-ya. Bütün biabırçıqlıqların memarları o binanın içində gizlənir.
Rövşən Nəcəf 7 aydan artıqdır AFFA-nın prezidentidir. Bu yeddi ayda üst-üstə 7 qələbə üzü görməyən biri hər cür tənqidə layiqdir.
Açığı, heç hiss olunmur ki, AFFA-nın prezidenti var, ya yox. Ondan nə hənir var, nə hənirti. Haralara çəkilib yenə, kim bilir, bir də nə vaxt suyun üzünə çıxacaq, millilər səviyyəsində qalaqlanan biabırçılıqlara reaksiya verəcək. Sanki bütün bu rüsvayçılıqların ona dəxli yoxdur, heç, amma heç qımıldanmır. O da, onun kimilər də, onunla bərabər olanlar da.
Millimizin futbolçuları atalı-analı yetimdir. Tamamı sahibsizdir. Bəziləri qınaq edir ki, bunlara bax, vecsizdirlər, uduzmaqları qulaqlarına da deyil, deyib-gülürlər.
Bir ailədə, bir evdə başçı olmursa, sonu belə olur. Rövşən Nəcəf milliyə yaxın gəlmir, ancaq öz yaxınlarını AFFA-nın «hücrələr»inə doldurur. Ölkədə futbolun inkişafına bir nömrəli məsul şəxs bu futbolçuları, bu məşqçiləri yanına alıb icoas keçirmirsə, «niyə uduzursuz?», «nəyiniz çatışmır?» deyə sual etmirsə, millidə anarxiya, başıpozuqluq, məsuliyyətsizlik baş alıb gedəcək də…
AFFA prezidentini bir ailənin böyüyü fərz edin. O böyük öz ailəsi (milli), öz övladları (futbolçuları) ilə maraqlanmırsa, yeri gələndə, üzünə gülmür, yeri gələndə, gözünü ağartmırsa, Millətlər Liqasının «cırtdanlar»dan ibarət D Liqasına yuvarlanmaqdan doğal nə var axı? Nə olmalıydısa, necə olmalıydısa, o da olur.

MUSA

Chosen
35
sportinfo.az

1Sources