EN

"One Direction"ın keçmiş solisti öldü

Britaniya qrupu "One Direction"ın keçmiş solisti Liam Peyn 16 oktyabrda Buenos-Ayresdə qaldığı otelin üçüncü mərtəbəsindən yıxılaraq həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisədən sonra aparılan araşdırmalar zamanı müğənninin otel otağından narkotik tapılıb.

Toksikoloji analizin nəticələrində Peynin qanında spirt, narkotik və antidepresan dərmanlar aşkar edilib.

Peynin dəfn mərasimi bu gün keçiriləcək. Mərasimdə onun ailəsi və dostları iştirak edəcək.

Qeyd edək ki, Peyn Britaniyanın “One Direction” qrupunda çıxışı ilə məşhurlaşıb. 

O, qrupda Harri Staylz, Lui Tomlinson, Nayl Horan və Zeyn Maliklə birgə çıxış edirdi. 

Qrup 2016-cı ildə dağıldı, bundan sonra Peyn solo çıxış etməyə başlayıb.

Chosen
44
cebheinfo.az

1Sources