EN

"Yaradıcı və texniki personal çox kiçik büdcə ilə çalışır"

"Çox ciddi müzakirələr aparırıq. 2024-cü ilin dövlət büdcəsini müzakirə edirik". SİA xəbər verir ki, bu sözləri deputat Günay Əfəndiyeva deyib.Onun sözlərinə görə, "Böyük Qayıdış", əhalinin köçməsi büdcənin əsasını təşkil edir: "Eyni zamanda Qarabağın dirçəlməsi mədəniyyətimizin dirçəlməsidir. Maddi-mənəvi dəyərlərimizin dünya səviyyəsində çatdırılması əsas prioritetlərdən biridir. Biz mədəni irsimizə sahib çıxmalıyıq.Digər tərəfdən büdcə bağlı suallarım var. 2025-ci il üçün mədəniyyət sahəsində çalışan insanların maaşlarında artım olacaqmı? Yaradıcı və texniki personal çox kiçik büdcə ilə çalışır. Gənclərimiz digər sahələrə gedib mədəniyyət sahəsindən uzaqlaşırlar ki, bu da mədəniyyətimizin inkişafdan qalmasına səbəb olur.65 yaşa çatan müəllimlər, kitabxana işçiləri var ki, onların təcrübəsindən faydalanmağa ehtiyac var.Məncə, əmək məcəlləsinə yenidən baxmalıyıq. Mütləq yeni mexanizmlərin tapılması vacibdir".

Chosen
17
1
sesqazeti.az

2Sources