EN

Bəzi ölkələrin Kiyevdəki səfirlikləri bağlandı

Image

İspaniyanın Kiyevdəki səfirliyi mümkün təhlükəsizlik təhdidləri səbəbindən gün ərzində xidmət göstərməyəcəyini açıqlayıb.

EFE agentliyinin məlumatına görə, bu barədə diplomatik nümayəndəlik krallığın Ukraynada yaşayan vətəndaşlarını poçt vasitəsilə xəbərdar edib. Səfirlik onları təhlükəsizlik tədbirlərini gücləndirməyə, həmçinin yerli hakimiyyət orqanlarının bütün tövsiyələrinə əməl eyməyə çağırıb.

İtaliyanın Kiyevdəki səfirliyi də bu gün ziyarətçiləri qəbul etməyəcəyini açıqlayıb.

“Təhlükəsizlik nöqteyi-nəzərindən Kiyevdəki səfirlik bu gün ziyarətçilər üçün bağlı olacaq, lakin fəaliyyətini davam etdirəcək”, – deyə səfirliyin saytında deyilir. Diplomatik nümayəndəlik Ukraynadakı vətəndaşlarına hava hücumu zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyi və dərhal yaxınlıqdakı sığınacağa getməyi tövsiyə edib.

Eyni zamanda, ABŞ-ın Kiyevdəki səfirliyinin də bağlandığı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Kiyevdə bir neçə dəfə partlayış səsi eşidilib.

ZÜMRÜD





Chosen
12
2
baki-xeber.com

3Sources