EN

Qazaxıstan Qərbin sanksiyalarından qorxsa da, Rusiya ilə işləməyə davam edəcək



"Qazaxıstan Qərbin sanksiyalarından qorxsa da, Rusiya ilə işləməyə davam edəcək".

Newscenter.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev bildirib.

"Qazaxıstanla Rusiya arasında aydın anlaşma var. Biz öz mövqeyimizi digər tərəfdaşlarımıza da çatdırmaq istəyirik. Qazaxıstanla Rusiya arasında strateji tərəfdaşlıq mövcuddur. Biz ən yaxın qonşuyuq. Ona görə də son dövrlərdə daim artan ticarət dövriyyəsi bizim Rusiya ilə əməkdaşlığımızın əyani sübutudur”, - deyə Abayev bildirib.

Eyni zamanda diplomat bildirib ki, Qazaxıstan şirkətləri sanksiyalara məruz qalmaq istəmir:

"Əlbəttə, Qazaxıstan şirkətləri sanksiyalara məruz qalmaq istəmir. Çünki istənilən sanksiyalar birbaşa və ya dolayısı ilə onların fəaliyyətini məhdudlaşdıracaq".

Mehman Mehdiyev
Chosen
40
newscenter.az

1Sources