EN

Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır - 4 min 255 manat

2024-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz  artaraq 993,0 manat təşkil edib. 

Əməkhaqqı neft-qaz sektorunda 3 min 743,1 manat, qeyri neft-qaz sektorunda 942,2 manat təşkil olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 952,3 manat, özəl müəssisələrdə isə 1035,2 manat olub. 

Bu dövrə ən yüksək maaşı özəl müəssisələrdə mədənçıxarma sənayesi sahəsində işləyən işçilər alıb ki, onların da orta aylıq nominal əməkhaqqı 4 min 254 manat 80 qəpik olub.

Ən az maaşı isə özəl müəssisələrdə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində çalışan əməkdaşlar alıb ki, onların da orta aylıq nominal maaşı 487 manat 90 qəpik təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Əvəz Həsənov

Chosen
12
valyuta.az

1Sources