EN

İspaniya da Ukraynadakı səfirliyini bir günlük bağladı

İspaniyanın Ukraynadakı səfirliyi bir günlük fəaliyyətini dayandırıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
 
Belə ki, səfirliyin müvəqqəti bağlanmasına səbəb Ukraynanın hər yerində baş verən hava hücumları riskinin artmasıdır.
 
Səfirlik həmçinin Kiyevdəki İspaniya vətəndaşlarına həddindən artıq təhlükəsizlik tədbirləri görməyi, yerli hakimiyyətin bütün tövsiyələrinə əməl etməyi, hər zaman sığınacaq əldə etməyi tövsiyə edib.
 
Qeyd edək ki, İspaniyadan öncə ABŞ də Kiyevdəki səfirliyini bağlayıb.
 
Mikayıl
Chosen
15
azxeber.com

1Sources