EN

"Azərbaycan öz addımlarını davam etdirəcək" - ŞƏRH EDİLDİ

"Türk dünyasının dərin inteqrasiyası, türk dünyasında siyasi, iqtisadi, hərbi əməkdaşlığın daha da dərinləşməsində Azərbaycanın mühüm rolu var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, bu yolu iki kontekstdən qiymətləndirmək olar: "Birincisi, coğrafi baxımdan Azərbaycan Anadolu ilə digər türk dövlətləri arasında əsas körpü rolunu oynayır. Bütün hallarda türk dünyasının bu və digər formada yaxınlaşması bir çox məsələlərdə ortaq mövqedən çıxış etməsi, birləşməsi məhz Azərbaycan üzərindən keçir. Digər mühüm səbəb isə Azərbaycan hakimiyyəti, rəhbərliyinin bu istiqamətdə göstərdiyi siyasi iradədir. Türk dünyasının birləşməsi dərin əməkdaşlığın yaranması istiqamətində görülən işlərə baxdıqda bu prosesdə Azərbaycan həmişə lokomotiv rol oynayıb. Xüsusilə, Qarabağ müharibəsindən sonra Azərbaycanın bu istiqamətdə aktivliyi daha da artdı. Azərbaycan həm Mərkəzi Asiyadakı türk dövlətləri ilə Türkiyənin əlaqələrinin daha da sıxlaşdırılması, ümumilikdə isə türk dünyasının birləşməsi istiqamətində mühüm addımlar atdı. Bunlardan ən mühümü Türk Dövlətləri Təşkilatının yaranması idi. Bu təşkilatın bu qədər böyüməsi, inkişaf etməsinə həm də türk dövlətlərinin rəhbərliyinin arasındakı münasibətlərin düzəlməsi, ortaq mövqedən çıxış etməsində Azərbaycan rəhbərliyinin, Prezidentinin mühüm rolu var.

COP29 çərçivəsində Qazaxıstan, Özbəkistanla imzalanan bu məsələ, sazişlər türk dünyasının daha da yaxınlaşmasına səbəb olacaq. Çünki yeni bir dünyada artıq ekoloji məsələ, yaşıl enerji məsələsi yeni prioritet olaraq ortaya çıxır. Bu həm iqtisadi, həm siyasi trend kimi qəbul edilib".

"Bakıda keçirilən COP29 tədbiri də bu prosesdə məsələnin bu istiqamətdə daha da inkişaf etdirilməsi üçün mühüm tədbirlərdən biridir. Yaşıl enerjiyə keçid prosesində mühüm rol oynaya biləcək. Azərbaycan həm də türk dünyasını bu prosesə cəlb edərək onu dünyanın yeni trendlərinə qoşur. Bu prosesin sonrakı davamında Azərbaycan öz addımlarını davam etdirəcək. Təkcə bu məsələdə deyil, indiyə qədər qlobal problem olan pandemiya məsələsində istər türk dünyasının birləşdirilməsi olsun, istər beynəlxalq müstəvidə türk dövlətlərinin birgə fəaliyyəti olsun, bütün bu fəaliyyətlər Azərbaycanın atdığı addımların davamıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
17
sia.az

1Sources