EN

Ərdoğan Rusiyanın dərinliklərinə zərbə qərarını bəyənmir

Türkiyə ABŞ administrasiyasının Ukraynaya Rusiya ərazisinə hücumlar üçün taktiki raket sistemlərindən istifadəyə icazə verməsi qərarını bəyənmir və düzgün hesab etmir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərə deyib. Məlumatı “anadolu” verib. 

“Bayden Rusiya ilə Ukrayna arasında müharibəni daha da qızışdırmaq, onun heç vaxt bitməməsini və hətta yayılmasını təmin etmək məqsədi daşıyan addım atıb”, - Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, bu qərar regionu və bütün dünyanı böyük müharibənin astanasına qoya bilər. “Bizdən sonra daşqın olacaq” prinsipinə arxalanmaqla heç nəyə nail olmayacaqsınız”, - prezident qeyd edib.

Dövlət başçısı xəbərdarlıq edib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə ilə bağlı ən kiçik səhv “barıt çəlləyinə od atmaq” kimidir: “Ona görə də hər kəsə ehtiyatlı olmağı tövsiyə edirəm”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
17
xalqqazeti.az

1Sources