EN

Məqsəd COP30-a qədər bütün ölkələrin NDC-lərinə ictimai nəqliyyatı daxil etməkdir - UITP

Bakı. Trend:

Beynəlxalq İctimai Nəqliyyat İttifaqının (UITP) məqsədi növbətiCOP konfransına qədər bütün ölkələrin ictimai nəqliyyatı öz MilliSəviyyədə Müəyyən Edilmiş Töhfələrinə (NDC) daxil etməsidir.

Trend xəbər verir ki, bubarədə UITP-nin baş katibi Mohammed Mezqani Umberto de Pretto"Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masa zamanı bildirib.

"Nəqliyyat sektorundakı karbon emissiyalarının 70 faizişəhərlərin payına düşür. Lakin bu günə qədər ölkələrin üçdə biriictimai nəqliyyatı NDC-lərinə daxil etməyib.

Bizim məqsədimiz növbəti COP konfransına qədər bütün ölkələrinictimai nəqliyyatı öz planlarına inteqrasiya etməsidir. Bunun üçünbaşa düşmək vacibdir ki, nəqliyyatın dekarbonizasiyası yalnıztexnoloji məsələ deyil. Əsas amil hərəkət modelidəyişikliyidir.

Elektrik avtobusu tıxacda ilişib qalsa, bu, ictimai nəqliyyatıdaha cəlbedici etməyəcək. Buna görə də ictimai nəqliyyata, piyadayollarına və velosiped hərəkətinə üstünlük vermək vacibdir ki, buda dayanıqlı hərəkət üsullarına keçidi təşviq edəcək.

Həmçinin, nəqliyyat sektorunda emissiyaların azaldılması iləbağlı konkret hədəflər müəyyən etmək lazımdır. Məsələn, 2030-cu iləqədər karbon emissiyalarını qlobal olaraq 41 faiz azaltmaqməqsədinə çatmaq üçün hər bir sektorun töhfəsini nəzərə almaqvacibdir", — deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources