EN

“Müxalif” adı altında Azərbaycanı satanların COP29-a hücumu

“Mikroskop Media”nın əməkdaşı Fatimə Kərimova xarici mediaya müsahibəsində Qərbi Azərbaycana qarşı sanksiyalara çağırır və bunu belə əsaslandırır ki, “Rusiya Ukraynaya hücum edəndə sanksiyaya məruz qaldı, amma eyni şeyi Azərbaycan edəndə, bu olmadı”. Kərimova bununla Azərbaycanın torpaqlarının azad edilməsi uğrunda apardığı müharibəni Rusiyanın Ukraynaya hücumu ilə eyniləşdirir.

“Meydan Tv”nin əməkdaşı Orxan Məmmədov da Azərbaycanı Qarabağda “erməniləri blokadada saxlamaq”da ittiham edir, açıq şəkildə erməni separatizminin məhv edilməsinə qarşı çıxır.

“İctimai fəal” kimi təqdim edilən hər iki şəxsi birləşdirən birdən çox nöqtə var.

1. Fatimə Kərimova Orxan Məmmədovun həyat yoldaşıdır;
2. Hər ikisi “ictimai fəal” adı altında anti-Azərbaycan şəbəkəsində təmsil olunur;
3. Hər ikisinin əməkfaşı olduğu media orqanları - “Mikroskop Media” və “Meydan Tv” Qərb dairələri tərəfindən Azərbaycana qarşı informasiya kampaniyalarında əsas ruporlardır;
4. Hər ikisi “ictimai fəal” kimi sevə-sevə xüsusilə erməni maraqlarını müdafiə edirlər;

COP29-un keçirilməsi fonunda bu şəxslərin – O.Məmmədov və F.Kərimovanın aktivləşməsi, Azərbaycana qarşı informasiya hücumlarına “piyadalıq” etməsi təsadüfi deyil. Onlar hələ 44 günlük müharibə və Qarabağdakı separatçılara qarşı atılan addımlarda erməni maraqlarından çıxış edirdilər. İndi COP29 üzərindən Azərbaycana qarşı qarayaxma kampaniyasına qoşulmaları da o qədər təəccüblü deyil. Əksinə, “müxalif” adı altında Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrin gerçək siması bundan ibarətdir. Onların simaları COP29 fonunda bir daha ortaya çıxdı.

COP29 üzərindən Azəırbaycana edilən hücumlar gözlənilən idi. İndiyə qədər Bakıda keçirilən istənilən beynəlxalq səviyyəli tədbirlərdə analoji hal yaşanıb. Anti-Azərbaycan qüvvələr COP29-a da ciddi şəkildə hazırlaşırdı və istədikləri nəticəni əldə edə bilməsələr də, hücumlarını davam etdirirlər. Eyni çətir altında toplanan və eyni məqsədə xidmət edən bu şəbəkə bir neçə qrupdan ibarətdir.

Birinci qrup: Qərbdə Azərbaycana qarşı olan ölkələr və təşkilatlar belə kampaniyalar və infotəxribatlarla rəsmi Bakıya təzyiq etməyə, regiondakı maraqlarını təmin etməyə çalışırlar.

İkinci qrup: Erməni diasporu/lobbisindən ibarət olan bu qrupun hədəfi erməni maraqlarının müdafiə edilməsi, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun maksimum zəiflədilməsidir.

Üçüncü qrup: onlar “azərbaycanlı” adı altında Azərbaycana qarşı olan qüvvələrə işləyir və heç bir tərəddüd etmədən erməni maraqlarının müdafiəsini həyata keçirirlər, çünki direktivləri bu yöndə alırlar və heç bir milli amili düşünmədən, sorğu-sualsız əməl edirlər. O.Məmmədov və F.Kərimova kimilərin timsalında bu qrupun gerçək siması bir daha ortaya çıxır.

Bu şəxslərin və onlarla eyni şəbəkədə yer alanların COP29 üzərindən Azərbaycana qarşı çıxmaları, informasiya təxribatında aktiv şəkildə iştirak etmələri satqınlıqdan ibarət olan gerçək mahiyyətlərindən irəli gəlir. Bu cür xainliklərinə haqq qazandırmaq üçün irəli sürdükləri əks arqument isə “insan haqları”, yaxud “demokratiya” kimi klişəyə çevrilən məsələlərdir. Hərçənd, erməni maraqlarının müdafiə edilməsini, Azərbaycana qarşı “ermənilik” etmələrini heç bir halda təmizə çıxara bilməyəcəklər. Çünki “yuyulması mümkün olmayan yeganı cinayət Vətənə xəyanətdir”.

Publika.az

Chosen
8
50
publika.az

10Sources