EN

Təhsildə şəhər-kənd FƏRQİ: Çıxış yolu NƏLƏRDİR?

“Təəssüf ki, hər il qəbul və buraxılış imtahanlarının nəticələrinə baxdıqda, rayon və kənd məktəblərindəki abituriyentlərin nəticələrinin ürəkaçan olmadığını görürük”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, rayon və kənd məktəblərində olan təhsil keyfiyyətinin aşağı olmasının müxtəlif səbəbləri var:

“Belə ki, Müəllimlərin İşə Qəbulu imtahanında (MİQ) yüksək nəticə əldə edən müəllim namizədləri daha çox şəhər məktəblərinə – Bakı, Sumqayıt, Gəncə və s. kimi şəhərlərə üz tuturlar. Belə olduğu halda, digər müəllimlərə nisbətən aşağı nəticə əldə etmiş namizədlər məcburiyyət qarşısında öz işlərini rayon və kənd məktəblərində davam etdirirlər. Bu da, öz növbəsində, belə məktəblərdə savadlı kadrların olmamasına, təhsil keyfiyyətinin aşağı enməsinə gətirib-çıxarır. Digər bir səbəb isə kəndlərdə lazımi olan məktəb texnologiyalarının olmamasıdır. Düzdür, son illərdə bununla bağlı addımlar atılsa da, qənaət bəxş etmir. Bu da şagirdlərin nəticələrinə mənfi təsir göstərir”.

Ekspert bu kimi problemlərin həllindən də danışıb:

“Elm və Təhsil Nazirliyi tərəfindən rayon və kəndlərdə yerləşən məktəblərdəki müəllim vakansiyaları üçün daha təşviqedici imtiyazlar irəli sürülməlidir. Təbii ki, bu imtiyazlara görə savadlı müəllimlərimiz rayon və kəndlərə də üz tutmalıdır ki, həm oradakı abituriyentlər istənilən nəticəni toplaya bilsin, həm də müəllim müxtəlif mövzular baxımından biliklərə sahib olsun. Beləliklə, bu kimi nüanslara diqqət etdikdən sonra heç bir problem qalmaz. Təbii ki, bunun üçün xüsusi addımlar gərəkdir”.

Mayıl Soltanov

Chosen
25
yenicag.az

1Sources