EN

Yeni “iPhone” gəlir: Yeni qiymətlərlə

5G modemli “Apple iPhone SE 4” büdcəli smartfonu 2025-ci ilin birinci rübünün sonunda buraxılacaq. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “MacRumors” saytı Barclays bank analitiki Tom O'Malleyə istinadən məlumat yayıb.

Belə ki, smartfon hazırkı üçüncü nəsil “iPhone SE”-nin buraxılışından üç il sonra, 2025-ci ilin martında buraxılacaq.

Məlumata görə, yeni məhsul əsas “iPhone 14”-ə bənzəyəcək və 6,1 düymlük OLED displey, Face ID, flaqman A17 Pro və ya A18 çipi, USB-C konnektoru və 48 MP-lik tək kamera təqdim edəcək. 

Çoxsaylı xəbərlərə görə, “Apple” 2018-ci ildən bəri “iPhone” üçün öz 5G modemi üzərində işləyir. Bunun şirkətə “Qualcomm”-dan asılılığını azaltmağa imkan verəcəyi gözlənilir.

Şirkətlər əvvəllər “iPhone” üçün modemlərin tədarükü müqaviləsini 2026-cı ilə qədər uzadıblar. Ona görə də “Apple”-ın öz inkişafına keçidi başa çatdırmaq üçün kifayət qədər vaxtı var. 

Üçüncü nəsil “iPhone SE” 2022-ci il martın 8-də 429 dollardan başlayan qiymətlərlə təqdim edildi, lakin növbəti nəslin daha baha olacağı  deyilir.

Chosen
47
cebheinfo.az

1Sources