EN

Acun həbs edilir?

Türkiyənin tanınmış televiziya aparıcısı Acun İlıcalı barəsində araşdırma başladılıb.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sahibi olduğu "TV 8" televiziya kanalı və EXXEN rəqəmsal platformasında qanunsuz mərc oyunları reklam etməkdə və mərc oyunarını təşviq etməkdə ittiham olunur.

 

Məlumata görə, araşdırmaların UEFA Millətlər Liqasının oyunları zamanı nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlı olduğu bilirilir.

 

Qeyd olunur ki, UEFA Millətlər B Liqasının 4-cü Qrupunun 6-cı həftəsində Türkiyə Monteneqro ilə qarşılaşıb və matç "TV8"də canlı yayımlanıb. Qarşılaşma zamanı reklam lövhələrində qeyri-qanuni mərc saytlarının reklamları yer alıb.

 

Acun xaricdə oynanılan matçların reklam lövhələrinin satışının ev sahibi ölkəyə aid olduğunu bildirib: "İsrarla başa düşməyən, anlamaq istəməyənlər üçün bir daha deyək. Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına aiddir. Necə ki, Türkiyədə oynanan milli matçların reklam lövhələri Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro-Türkiyə matçının meydançadakı reklam lövhələrinin satışı Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. TV8-in bu hadisə ilə heç bir əlaqəsi yoxdur".

 

Mətbuatda Acunun cərimlənə, hətta həbs oluna biləcəyi istisna edilmir.

Chosen
12
1
modern.az

9Sources