EN

Qarabağ Universitetinə 17 milyon vəsait ayrılacaq

Qarabağ Universitetinin 2025-ci ildə fəaliyyətinin daha da genişləndirilməsinə 17 milyon manat ayrılacaq.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci il büdcə müzakirəsi zamanı təhsil naziri Emin Əmirullayev deyib.

 Onun sözlərinə görə, Qarabağ Universitetinə 2024-25-cü il tədris ilində 1104 tələbə qəbul olunub.  “Növbəti ilə də isə Universitetə 1200-1500 tələbə  qəbulu nəzərdə tutulur”, - nazir qeyd edib. 

Nazir Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə büdcədən 10 milyon manat ayrılması  nəzərdə tutulub.

Nazir onu da bildirib ki, növbəti ildə Sabah proqramlarının genişləndirilməsi nəzərdə tutulur və bu məqsədlə büdcədən 10 milyon manat ayrılacaq.
Mürtəza
Ölkə.Az

Chosen
22
45
olke.az

10Sources