EN

Şəhərlərdə təbiət, sağlamlıq və dayanıqlılıq mövzusunda dəyirmi masa - FOTOLAR

COP29 çərçivəsində şəhərlərdə təbiət, sağlamlıq və dayanıqlılıq mövzusunda yüksək səviyyəli dəyirmi masa təşkil olunub. SİA xəbər verir ki, tədbir COP29 Sədrliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Dünya Səhiyyə Təşkilatının (WHO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Dünya Meteorologiya Təşkilatının (WMO) birgə təşəbbüsü ilə keçirilib.

Tədbirdə əsas məruzəçi qısmində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Dünya Meteorologiya Təşkilatı baş katibinin müavini xanım Ko Baret, UNEP-in iqlim dəyişikliyi departamentinin rəhbəri xanım Doçen Tserinq, Dünya Səhiyyə Təşkilatının ətraf mühit, iqlim və sağlamlıq departamentinin direktoru xanım Mariya Neyra, FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat iqlim dəyişikliyinin şəhər yerlərinə, oradakı infrastruktura, sakinlərin sağlamlığına təsirlərindən söz açılıb. Qeyd olunub ki, proqnozlara görə, 2050-ci ilədək dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu da öz növbəsində şəhərlərin ətraf mühitə mənfi təsirlərini azaltmaq məsələsini aktuallaşdırır.

Dəyirmi masada şəhər yerlərində əhalinin sağlamlığının qorunması, məşğulluğun təminatı, yaşıl məkanların sahəsinin artırılması, tullantıların idarə olunması, şəhərsalmanın iqlim tələblərinə uyğunlaşdırılması məsələlərinə toxunulub.

Chosen
12
sia.az

1Sources