EN

"Ayda iki dəfə Ağdama gedirəm, şəhərə baxanda ürəyim açılır" - Aqil Abbas

Bu gün Ağdamın işğaldan azad edilməsindən dörd il ötür. Azərbaycan Prezidenti İlham Əliyevin və Müzəffər Ordumuzun mübarizəsi nəticəsində şəhər erməni işğalçılarından müharibəsiz xilas olundu. Ağdam minalardan təmizlənib, abadlaşdırılır və infrastrukturlar yenidən qurulur. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan milli məclisin Ağdamdan olan deputatı Aqil Abbas bildirdi ki, Ağdamın azad olunması onun ən böyük arzularından olub.

"Buna qədər ən böyük arzum Qarabağı azad görmək idi. Çox xoşdur ki, qürurumuz, Ağdam qayıtdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin,  Ali Baş Komandan İlham Əliyevin əlindəki əzəli qılıncı iti olsun. Onun hesabına Ağdamımız yerindədir, tikilir, möhkəmlənir. Sevinirəm, tez-tez Ağdama gedirəm. Hətta ayda demək olar ki, iki dəfə baş çəkirəm. Hər baxanda ürəyim açılır. Şəhərdə xeyli abadlıq işləri görülüb və bu davam etdirilir. Bundan sonra Ağdam əvvəlki kimi olmayacaq, daha yaxşı olacaq". 

 Türkan İSGƏNDƏRLİ

Chosen
30
redaktor.az

1Sources