EN

Deputat: Lerikdə bu il on məktəbin komplektləşdirilməsi nəzərdə tutulur

Lerikdə bu il səkkiz məktəb bağlanıb, lakin şagirdlərin digər məktəbələrə daşınması təmin edilməyib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputat problemin həlli üçün iclasda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib.

“Daha on məktəbin bağlanıb komplektləşdirilməsi nəzərdə tutulur. Bu zaman nazirliyin daşınmalara köməklik göstərməsini xahiş edirəm” – deyə, deputat əlavə edib.

Chosen
10
3
report.az

10Sources