EN

Türkiyəli nazir COP29-da Zəngəzur dəhlizi və Orta dəhlizdən danışdı

Türkiyəli
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, COP29 çərçivəsində keçirilən mətbuat konfransında Türkiyənin Orta Dəhlizin inkişafına verdiyi dəstək, İnkişaf Yolu Dəhlizi üzərində aparılan işlər və Zəngəzur dəhlizi barədə məlumat verib. 1news.az-ın xəbərinə görə, nazir bildirib ki, Fars körfəzindən başlayaraq 1200 kilometrlik məsafəni qət edib Türkiyəyə çatan İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə birləşdirərək Avropaya uzatmaq planlaşdırılır.
O vurğulayıb ki, Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan mühüm rol oynayır və sərmayələr qoyaraq əhəmiyyətli işlər görür:
"Biz də bu dəhlizi dəstəkləmək və inkişaf etdirmək üçün müvafiq addımlar atırıq. Hazırda Orta Dəhlizdə elektrikli qatarlar və lokomotivlərin fəaliyyəti ilə bağlı müzakirələr aparılır".

Nazir həmçinin Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə olan Zəngəzur dəhlizi ilə bağlı görülən işlərə toxunub:
“Azərbaycan tərəfi ilə bu istiqamətdə prosesləri sürətlə davam etdiririk. Dəhlizin Ermənistan və ya İran ərazisindən keçəcəyinə Azərbaycan qərar verəcək. Daha sonra bu dəhliz Naxçıvan üzərindən Türkiyəyə birləşəcək. Türkiyədə layihəni tamamlayaraq tenderi keçirdik və yaxın günlərdə tikinti işlərinə başlayacağıq. Bu yolla Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik. Bu addımlar regionun nəqliyyat sisteminin daha da inkişafına və beynəlxalq ticarət əlaqələrinin güclənməsinə mühüm töhfə verəcək”.

Chosen
48
50
1news.az

10Sources