EN

Onilliklər uzunu gözlədiyimiz dəstək Azərbaycandan gəldi - Kabine Doumbia

Bakı. Trend:

Bir dövlət ki, başqa dövlətin suverenliyi üçün bu cür can atırvə qrup yaradır, bu, təqdirəlayiqdir. Biz onilliklər uzunu budəstəyi gözləyirdik. İlk olaraq bu təşəbbüs Azərbaycandangəldi.

Trend-in məlumatına görə,bunu COP29 çərçivəsində Azərbaycana səfər edən müstəmləkəçilikdənəziyyət çəkmiş Afrika dövlətlərinin nümayəndələri ilə görüş zamanıİnkişaf və Ağacların Qorunması və Bərpası naminə Təşkilatın (ASRAD)prezidenti Kabine Doumbia deyib.

O qeyd edib ki, COP29 iqlim dəyişikliyinə həsr olunsa da,mövzunu neokolonializm və kolonializm ilə birləşdirmək hər dövlətinişi deyildi.

“Azərbaycanı COP29 təşkilatçılığına görə təbrik edirəm. BakıTəşəbbüs Qrupu bizə çox dəstək oldu. Azərbaycanın QoşulmamaHərakatına sədrliyini də alqışlayıram”, - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
21
az.trend.az

1Sources