EN

Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı

Uzun müddətdir quru sərhədlərin nə zaman açılacağı haqda müzakirə aparılır. Mediada yayılan məlumatlara görə, noyabrın 22-dən – COP29 sammiti bitdikdən sonra quru sərhədlərinin açılması ehtimalı var.

News24.az bildirir ki, globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, hələ sözügedən məsələ ilə bağlı dəqiq məlumat yoxdur:

“Milli Məclisin yeni tərkibdə ilk iclasında ölkə Prezidenti İlham Əliyev quru sərhədlərinin bağlanması mövzusuna toxunaraq bildirmişdi ki, bu, ölkənin təhlükəsizliyi üçün çox vacib qərardır. COP29-dan sonra da təhlükəsizliyin tam təmin olunacağını söyləmək mümkün deyil. Ona görə də quru sərhədlərin açılmasını COP-la əlaqələndirmək doğru olmaz. Lakin hər bir halda imtiyazlı, güzəştli variantlara baxılmalıdır. Xəstələrə, həkimlərə, yaxud da tələbələrə belə güzəştlər tanınmalıdır”.


Chosen
8
6
news24.az

7Sources