EN

“Turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi:innovativ həllər və gələcək addımlar”

COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Yaşıl Zonada “Turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi: innovativ həllər və gələcək addımlar” mövzusunda panel müzakirə keçirilib.

Tədbirdə dayanıqlı turizmin gələcəyi, eyni zamanda turizm sənayesinin ekoloji təsirini minimuma endirərək yerli iqtisadiyyatların və mədəni irsin necə gücləndirilə biləcəyi müzakirə edilib.

BMT-nin Ümumdünya Turizm Təşkilatının davamlı turizm və dayanıqlılıq üzrə proqram koordinatoru Virginia Fernandez-Trapanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Dövlət Turizm Agentliyinin Turizm Siyasəti və Strategiyası şöbəsinin müdiri Günay Bayramova, Braziliyanın Turizm Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Heitor Kadri, “Iberostar Group” şirkətinin qlobal dayanıqlılıq üzrə direktoru Erika Harms, “The Travel Corporation” şirkətinin dayanıqlılıq üzrə direktoru Şannon Gihan, Amerikalararası İnkişaf Bankının iqlim dəyişmələri əməliyyatları üzrə baş mütəxəssisi Emi Levis çıxış ediblər.

Panel müzakirə zamanı turizm sahəsinin mütəxəssisləri, təcrübəli şəxslər və qlobal liderləri karbon emissiyalarını azaltmaq, bioloji müxtəlifliyi qorumaq və turizmin həm iqtisadi, həm də ekoloji cəhətdən dayanıqlı olmasını təmin etmək məqsədilə ən yaxşı yanaşmaları müzakirə ediblər.

Tədbir ekoturizm, yaşıl infrastruktur və məsuliyyətli səyahət təcrübələri kimi innovativ yanaşmalarla qlobal turizmin inkişafına yeni yanaşmalar gətirib.

 İştirakçılara dayanıqlı turizmin iqlim dəyişmələri ilə mübarizə, icma inkişafı və gələcək nəsillər üçün daha sağlam bir planetin yaradılmasına necə töhfə verə biləcəyi barədə məlumat verilib.

Orxan Vahidoğlu, "İki sahil"

Chosen
38
3
ikisahil.az

4Sources