EN

Hər girov üçün 5 milyon dollar ödəməyə hazırıq - Netanyahu

İsrail “Həmas”ın əsirliyindən azad ediləcək hər girov üçün 5 milyon dollar ödəməyə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı bildirib. Məlumatı Netanyahunun ofisi yayıb.

“Bu vəziyyətdən çıxmaq istəyən fələstinlilərə deyirəm ki, kim bizə girov gətirsə, biz onun və ailəsinin oradan çıxması üçün təhlükəsiz keçid təmin edəcəyik. Biz də oğurlanan hər bir şəxs üçün mükafat olaraq 5 milyon dollar ödəyəcəyik. Seçim sənindir, seç. Bizim üçün fərqi yoxdur, girovlarımızı qaytaracağıq”, - Netanyahu bildirib.

Chosen
17
1
modern.az

10Sources