EN

Rusiyada miqrantlarla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Rusiya Dövlət Dumasında miqrantlarla bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasının bir qrup deputatı, partiyanın lideri Leonid Slutskiy başda olmaqla, yeni qanun layihəsi hazırlayıb.

Layihədə şəxsin Rusiya Federasiyası ərazisində qeyri-qanuni şəkildə olması halında, törədilən inzibati hüquqpozmaların ağırlaşdırıcı hal kimi qiymətləndirilməsi təklif edilir. Qanun qəbul olunarsa, miqrantların inzibati hüquqpozmalara görə daha ağır cəzalara və ya yüksək məbləğdə cərimələrə məruz qalması ehtimal olunur.

Layihənin müəllifləri hesab edir ki, əgər bir şəxs Rusiya ərazisində qanunsuz şəkildə yaşayırsa, bu, artıq onun hüquqa zidd və vicdansız davranışının göstəricisidir. Belə şəxslərin potensial hüquqpozmalarına görə məsuliyyət dərəcəsi daha ağır olmalıdır. Layihə ilə miqrantların davranışlarını nəzarət altına almaq məqsədi güdülür, çünki onların inzibati hüquqpozmalara – məsələn, ətraf mühiti çirkləndirmək, nalayiq ifadələr işlətmək və s. – daha çox yol verdiyi iddia edilir. Bu qanun layihəsinin qəbul ediləcəyi halda, miqrantların hüquqi vəziyyətinin daha da çətinləşməsi gözlənilir.

Mayıl Soltanov

Chosen
17
yenicag.az

1Sources