EN

"Elə məktəb var ki, orada 1 şagirdə düşən orta xərc 8500 manatdır" - Emin Əmrullayev

"Hazırda məsələn, Daşkəsən rayonunda 1 şagirdə düşən orta xərc Bakı şəhərində olan özəl məktəbin qiyməti qədərdir. Bu da 8500 manatdır. Amma nəticə yoxdur. Əksinə, Bakının 30-32 nəfər şagirdi olan məktəblərində daha yaxşı nəticə görürük. Önəmli olan məsələ müəllim keyfiyyətidir. Sertifikatlaşdırma edirik və savadı olmayan adamları müəllim adından məhrum edirik. Bunu etməyə davam etməliyik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, sinifdə bir uşaq olanda da dövlət 25 min manat xərcləyir, 30 uşaq olanda da eyni məbləğ xərclənir:

"Bir uşağa 25 min manat xərcləmək olar, o halda ki, orada nəticə var. Amma bu 25 min manat yalnız sosial məsələləri həll etmək üçün həmin kəndə ötürülürsə, uşaq kənarda qalırsa, onda bu təhsil hədəfi deyil. Burada təshildən yox, başqa şeydən danışırıq ki, insanların əməkhaqqını hansı yolla ödəyək. Bizim 7 şagirdi 14 müəllimi olan, 4 sinfə 32 müəllimi olan məktəblərimiz var".

Anar Kəlbiyev

Chosen
9
1
unikal.az

2Sources