EN

Peskov açıqladı:”Putin danışıqlara hazırdır”

“Prezident Putin dəfələrlə Ukrayna məsələsi ilə bağlı danışıqlara hazır olduğunu vurğulayıb”.

KONKRET.az xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kreml rəsmisi  Putinin Donald Trampla Ukraynada atəşkəs razılaşmasını müzakirə etməyə hazır olduğunu bildirib: “Prezident mütəmadi olaraq təmaslara və danışıqlara hazır olduğunu bəyan edib”. “Reuters” agentliyinin məlumatına görə Putin atəşkəs razılaşmasını müzakirə etməyə hazırdır, lakin istənilən böyük ərazi güzəştləri istisna edilir. Eyni zamanda Ukrayna NATO-ya üzv olmaq ambisiyalarından da əl çəkməlidir.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
16
konkret.az

1Sources