EN

Xamenei öz yerinə bu şəxsi gətirmək istəyir

İranda ölkənin 85 yaşlı ali dini lideri Seyid Əli Xameneinin “varisi” ilə bağlı söhbətlər yenidən aktivləşib. 

Missiya.Az xəbər verir ki, bu barədə İranın bəzi “Teleqram” kanalları məlumat yayıb.

Bildirilir ki, ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra Xamenei Ekspertlər Şurasının üzvlərini bir araya toplayıb və İranın gələcək Ali Rəhbəri olacaq “varisi” ilə bağlı məsələni müzakirə edib.

Qeyd edək ki, Ekspertlər Şurası 88 üzvdən ibarətdir ki, onların arasında İranın Ali Rəhbərinin seçilməsinə cavabdeh olanlar da var. Şuranın əsas tərkibi dindarlardan ibarətdir.

Nəşrlərin yazdığına görə, Xamenei çıxışında açıq şəkildə bildirib ki, gec-tez “varis” məsələsi gündəmə gəlməlidir və yaxşı haldır ki, şura üzvləri bundan sonra bu barədə düşünsünlər. O, cəmiyyətin tədricən buna hazırlaşmalı olduğunu da açıqlayıb. Təhlilçilər qeyd edirlər ki, Xamenei illərdir İranın Ali Rəhbəri postuna varisi kimi hazırladığı oğlu Müctəbi özünə “varisi” etmək istəyir. 

Daşqın HəsənovMissiya.Az

Chosen
30
16
missiya.az

10Sources