EN

"Smart Yol” MMC - 10 MİN MANATA KİMİ CƏRİMƏLƏNƏ BİLƏR

"Smart Yol” MMC iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.

 İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə görə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə  olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin icraatındadır.

Məhkəmə baxış iclası 28 noyabr 2024-cü il, saat 16:20-yə təyin edilib.

Chosen
35
fed.az

1Sources