EN

Orta Dəhlizlə yükdaşımaların həcmi artıb - Nazir müavini

Bakı. Trend:

Bu ilin 10 ayı ərzində Orta Dəhliz üzrə yükdaşımaların ümumihəcmi 3,8 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü iləmüqayisədə 68 faiz çoxdur.

Trend xəbərverir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini TalqatLastayev COP29-da "Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və "Dayanıqlı,rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusundakeçirilən yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.

"Konteyner daşımaları 46,3 min TEU təşkil edib ki, bu da ötənillə müqayisədə təxminən üç dəfə çoxdur. Xüsusilə vurğulamaqistərdim ki, Çin-Avropa-Çin marşrutları 27,6 min TEU təşkil edibki, bu da illik əsasda 25 dəfə çoxdur. Bundan əlavə, biz əlavə yükhəcmləri cəlb edirik və Çindən gələn konteyner qatarlarının sayınıildə 600-ə çatdırmaq barədə razılığa gəldik", - o bildirib.

Lastayev qeyd edib ki, Qazaxıstan da 42 ölkə ilə avtomobil yoluilə yük daşımaları üçün icazələrin mübadiləsi sistemi tətbiqedib.

"Bu sistemin şəffaflığını təmin etmək üçün cari ildən ÖzbəkistanRespublikası ilə elektron icazələrin mübadiləsi üzrə pilotlayihənin icrasına başlanılıb. İlin sonuna qədər Qazaxıstan və Çinarasında daşımalarda elektron icazələrə keçid başa çatacaq ki, buda bütün icazələrin 60 faizini rəqəmsal formata keçirməyə imkanverəcək", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
6
1
az.trend.az

3Sources