“İqlim dəyişikliyinin yaratdığı risklər çoxşaxəlidir. Buna görə də biz iqlimə uyğunlaşan texnologiyalara əhəmiyyətli sərmayələr qoyub, risklərin qiymətləndirilməsi və idarə edilməsini təkmilləşdirməliyik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) sədri, Polşa Dəmir Yolları (PKP) Korporasiyasının İdarə Heyətinin prezidenti Alan Berud COP29 çərçivəsində Azərbaycan Dəmir Yolları Agentliyi ilə birgə "Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu həftə ərzində UIC “Gələcəyə Hazır Dəmir Yolları” adlı sənəd dərc edib:
"Sənədin üç əsas hədəfi bunlardır: tərəflər öz planlarında dəmir yolları üçün aydın hədəflər müəyyən etməli, təhlükəsiz və etibarlı, gələcəyə davamlı dəmir yolları üçün sərmayənin əhəmiyyəti, ekstremal hava hadisələrindən sonra dəmir yollarının bərpa edilməsi və yenidən qurulması üçün mövcud olan resurslar artırılmasıdır".
Günay Şahmar, Bizim.Media