EN

“Psixoloqlar da sertifikasiyaya cəlb olunsun”

"Məktəblərdə psixoloqların sertifikasiyaya cəlb olunmasını təklif edirəm”. 

"Qafqazinfo” xəbər verir ki, bunu deputat Mehriban Vəliyeva Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 
"Məktəbdənkənar və sinifdənxaric təşkilatçıların da vəzifə maaşlarına əlavələrin artırılmasına baxmaq lazımdır. Çünki tez-tez məktəblərdə psixoloqların kadr çatışmazlığı ilə bağlı problemlər səsləndirilir. Məktəblərdə psixoloq kadr siyasəti istiqamətində sayların artırılmasına baxmaq lazımdır. Şagird sayına görə psixoloqlar məktəblərə qəbul oluna bilər. Əsas da bu sahəyə kadrları cəlb etmək üçün sertifikasiyanın tətbiqi vacibdir. Beləliklə, kadr axını müşahidə etmək olar”, - deyə M.Vəliyeva bildirib.
Chosen
3
3
yenilik.az

4Sources