EN

İkardinin keçmiş arvadıda da siyahıdadır - Həbs oluna bilər

Mauro İkardinin boşanma prosesində olan həyat yoldaşı Wanda Naranın sosial media hesabında qanunsuz mərc saytı reklamı etdiyi iddia edilib.

Milli.Az xəbər verir ki, iddiaya görə, Wanda Nara sosial media hesabında qanunsuz virtual mərc saytı reklam edib.  

Argentina fenomeni paylaşdığı paylaşımdan sonra qısa zamanda tənqid hədəfinə çevrilib. Elanın paylaşılmasından dərhal sonra mərc saytı sosial media hesabında "Wanda Naranın sevimli oyunlarından biri olan [oyun adı] sizi gözləyir" şərhini verərək vəziyyəti dəstəklədi.

Lakin Wanda Nara bu postu beş saat sonra silib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
16
milli.az

1Sources