EN

Azərbaycan ilə Qazaxıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq ardıcıl inkişaf edir - Nazir müavini

Azərbaycan ilə Qazaxıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq mövcud razılaşmalara uyğun olaraq ardıcıl şəkildə inkişaf edir.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Qazaxıstanın kənd təsərrüfatı üzrə nazir müavini Yermek Kencexanulı deyib.

"Hazırda Azərbaycanla Qazaxıstan arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq mövcud razılaşmalar əsasında ardıcıl şəkildə inkişaf edir. Doqquz ayın yekunlarına əsasən, qarşılıqlı ticarət dövriyyəsi 27 milyon dollar təşkil edir. Qazaxıstandan Azərbaycana, əsasən, taxıl və taxıl məhsulları, həmçinin, ət və ət məhsulları ixrac olunur", - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, əvəzində Qazaxıstan Azərbaycandan tərəvəz və meyvə idxal edir.

"Keçən illə müqayisədə ümumilikdə ticarət dövriyyəsində azalma müşahidə olunur. Bu, əsas tədarükçülərə təsir edən qlobal dəyişikliklərlə bağlıdır", - deyə Yermek Kencexanulı əlavə edib.

Chosen
1
1
day.az

2Sources