EN

Ceyhun Rzayev “Şamaxı” ilə vidalaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubunda məşqçi Ceyhun Rzayev əyalət təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Rzayevə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Ceyhun Rzayev cari mövsümün əvvəlindən “Şamaxı”da işləyirdi.

Şamaxının eyniadlı təmsilçisi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə keçirdiyi 12 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Əyalət klubu 13 xalla turnir cədvəlinin 6-cı pilləsindədir.

Chosen
37
arena.az

1Sources