EN

Azərbaycan əkin sahələrinin daha səmərəli istifadəsinə diqqət yetirir - Məcnun Məmmədov

Hazırda Azərbaycan iri ərazilərdə müasir becərmə və suvarma metodlarından istifadə etməklə əkin sahələrinin daha səmərəli istifadəsinə diqqət yetirir.

Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "İqlim gündəliyi və dayanıqlı inkişaf kontekstində Rusiyanın qlobal ərzaq təhlükəsizliyinə töhfəsi" mövzusunda panel müzakirə zamanı bildirib.

"Hazırda Azərbaycan əkin sahələrinin daha səmərəli istifadəsinə, müasir becərmə və suvarma metodlarının tətbiqinə, geniş ərazilərdə növbəli əkin sistemlərinin tətbiqinə və aqrokimyəvi analiz əsasında gübrələrdən istifadəyə diqqət yetirir.

Bu tədbirlər torpaqların deqradasiyasının qarşısının alınmasına, onların münbitliyinin qorunmasına və kənd təsərrüfatı istehsalının həcmini artırmaq üçün məhsuldarlığın yüksəldilməsinə yönəlib. Ərzaq təhlükəsizliyi beynəlxalq əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb edir", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

 

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
17
1
day.az

2Sources