EN

İkardinin atası narahatdı

Ağır zədə alaraq mövsümü başa vuran Mauro İkardinin şəxsi həyatı və Vanda Nara ilə boşanmaq üzrə olması gündəmi zəbt etməkdə davam edir.

Ailəli ola-ola reper L-Gante ilə eşq macərası yaşayan və üstəlik bunu gizlətməyən Nara ən son bu günlərdə onun konsertində istirak edib. Bu arada İkardinin atası Xuan Karlos İkardi Argentina mətbuatına açıqlamalar verib. O, oğlunun zədəsi və Vanda Nara ilə yaşadığı problemlər barədə bunları deyib:

''Mauro ilə Vanda arasında yaşananlar məni maraqlandırmırm. Ona görə də bu mövzunu şərh etmək istəmirəm. Nəvələrimi uzun müddətdi görə bilmirəm. İndi məni narahat edən əsas şey Mauronun zədəsidi. Bu baxımdan həqiqətən də böyük narahatlıq keçirirəm. Bütün bu yaşananlara baxmayaraq evimin qapısı hər zaman Mauronun da, Vandanın da üzünə açıqdı''.


Qeyd edək ki, bir neçə gün öncə Mauronun qardaşı Quido çox diqqətçəkən bir paylaşım edərək ''o iyrənc insanın nəhayət ki, ailəmizdəm ayrılmasını təntənəli şəkildə qeyd edə bilərik. O artıq bizim yox, başqasının problemidi'' sözlərini yazmışdı.

ƏLİ
Chosen
19
football-plus.az

1Sources