EN

Orta Dəhliz boyunca iş üçün bir çox sahələr müəyyənləşib - AYİB

Bakı. Trend:

Orta Dəhliz boyu iş üçün bir çox istiqamətlər müəyyənedilib.

Trend xəbər verir ki, bunuAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regionaldirektoru Alkis Vrienios Drakinos COP29 çərçivəsində “Dayanıqlı vərəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusundayüksək səviyyəli dəyirmi masada deyib.

“AYİB bütün Orta Dəhliz ölkələrində iştirak edir, biz genişşəbəkəmiz vasitəsilə birlikdə işləmək, milli və regionalprioritetləri razılaşdırmaq və onları layihələrə çevirmək üçünidarəetmə, nəqliyyat infrastrukturu operatorları və yük sahibləriilə işləmək imkanlarını axtarırıq”, - o bildirib.

Regional direktorun sözlərinə görə, Orta Dəhliz boyu həm “sərt”infrastruktur, həm də “yumşaq” əlaqə sahəsində bir çox iş sahələrimüəyyən edilib.

"Bir maliyyə qurumu olaraq biz əməkdaşlığa və niyyətlərimizihəyata keçirməyə hazırıq", - o deyib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
38
2
az.trend.az

3Sources